Şəmbə, 21.10.2017, 13:06
Главная Регистрация RSS
Приветствую Вас, Qonaq
Giris
Menü
Sorgu
Ən çox xoşladığınız fənn hansıdır?
Всего ответов: 264
Statistika

Cəmi 1
Qonaqlar 1
İstifadəcilər 0
Axtar
Kalendar
«  Dekabr 2010  »
B.eÇ.aÇC.aCŞB
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Arxiv
Главная » 2010 » Dekabr » 12 » Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının açılış mərasimi olub.
10:48
Dekabrın 9-da Bakı Dövlət Universitetində doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının açılış mərasimi olub.
Ölkəmizdə təhsil islahatının uğurla həyata keçirilməsindən söz açan Misir Mərdanov onu da bildirib ki, iki gün davam edəcək konfransın işi müxtəlif elm sahələrini əhatə edən 21 bölmədə təşkil edilib.
 
Etfatli:
 
 
 
 
Tədbirdə təhsil naziri Misir Mərdanov, ali məktəb rektorları, müəllimlər və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq tədbir iştirakçılarını salamlayıb. Nazir deyib ki, artıq 15 ildir ənənəvi olaraq keçirilən doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransına qatılan iştirakçıların sayının ilbəil artması gənclərin elmə daha həvəslə yanaşması və bu konfransa olan rəğbətin təzahürü kimi qiymətləndirilə bilər.
Ölkəmizdə təhsil islahatının uğurla həyata keçirilməsindən söz açan Misir Mərdanov onu da bildirib ki, iki gün davam edəcək konfransın işi müxtəlif elm sahələrini əhatə edən 21 bölmədə təşkil edilib, bütün ali təhsil müəssisələrinin, o cümlədən qeyri-dövlət ali məktəblərinin doktorant və gənc tədqiqatçılarının iştirakı üçün şərait yaradılıb və 20 ali məktəbdən 401 tezis təqdim olunub.
"Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2010-cu il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının konfransda "Ən yaxşı məruzəyə görə” akademik Şəfaət Mehdiyev adına 3 mükafatın verilməsi barədə birgə qərar qəbul etdiyini, həmin mükafatların konfransın yekununda təqdim olunmasının nəzərdə tutulduğunu söyləyən nazir, həmçinin bölmələrin işində fəal iştirak edən tədqiqatçılara Təhsil Nazirliyi tərəfindən sertifikatların təqdim olunacağını vurğulayıb. Belə konfransların Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcəyinə inamını ifadə edən təhsil naziri çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb.
Sonra təhsil nazirinin müavini İradə Hüseynova, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Dövlət Universitetinin doktorantı Ziya Əmrahov və başqaları çıxış edib, doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Konfrans öz işini bölmələr üzrə davam etdirir.


Просмотров: 281 | Добавил: MeOr4782 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]