Cümə, 15.12.2017, 14:54
Главная Регистрация RSS
Приветствую Вас, Qonaq
Giris
Menü
Sorgu
Ən çox xoşladığınız fənn hansıdır?
Всего ответов: 264
Statistika

Cəmi 1
Qonaqlar 1
İstifadəcilər 0
Axtar
Kalendar
«  Dekabr 2010  »
B.eÇ.aÇC.aCŞB
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Arxiv
Главная » 2010 » Dekabr » 12 » Təhsil Nazirliyinin “Qaynar xətt” xidmeti
10:50
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmeti
Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin oktyabr və noyabr aylarında 1854 müraciət daxil olub.
 
ETRAFLI:
 
 
 Həmin müraciətlərdən 1535-i telefonla, 319–u isə elektron poçt vasitəsilə qəbul edil­ib.
Qeyd edək ki, bu aylar ərzində sorğu xarakterli müraciətlərin çoxu məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə dair məsələlərlə bağlı olub. Müraciətlərin digər qismi isə məktəbli forması, dərs bölgüsü, xaricdə təhsil, özəl ali məktəblər və s. məsələlərə aid problemləri əhatə edib. Ümumtəhsil məktəbləri ilə əlaqədar müraciətlərin 207-si Bakıdan, 11-i Yardımlıdan, 10-u Sumqayıtdan, hər birindən 5-8 olmaqla Cəlilabad, Quba, Goranboy, Göygöl və Mingəçevirdən, hər birindən 3 olmaqla Lerik, Daşkəsən, Ağsu, Şamaxı və Samuxdan qəbul olunub.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu, ödəniş haqqı, iş rejiminə dair və s. sorğular "Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən cavablandırılıb. Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, dərsliklərin şagirdlərə çatdırılması, habelə ali təhsil müəssisələrinə tələbələrin köçürülmə və bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması və s. ilə bağlı çoxsaylı sorğulara xidmət əməkdaşları və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən aydınlıq gətirilib.
Ötən iki ay ərzində Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar daha çox müraciət qəbul olunub. Bu təhsil müəssisəsinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədə olma müddətinin uzadılmaması barədə Təhsil Nazirliyinin 01.09.2010-cu il tarixli 1200 nömrəli əmrinin icrası ilə əlaqədar daxil olan bütün sorğular müvafiq sənədlərə uyğun cavablandırılıb.
"Qaynar xətt” xidmətinə daxil olan şikayət xarakterli müraciətlər diqqətlə araşdırılıb və onları törədən amillərin aşkar olunub aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirilib. Bütün müraciətlərin təxminən 10 faizdən çoxunu təşkil edən bu şikayətlər Təhsil Nazirliyinin mərkəzi və yerli struktur bölmələri tərəfindən araşdırılıb. Bir çox hallarda həmin şikayətlərin müəllifləri anonim olub, bir qisim müraciət müəllifləri şikayətlərini geri götürdüklərinə dair yazılı izahat verib, digər müraciətlərdə günahı olanlara qarşı müəyyən tədbirlər görülüb.
İki ay ərzində Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər digər rayonlardan qəbul edilmiş müraciətlərdən daha çox olub və onların sayı 30-a yaxındır. Müraciətlərin əksəriyyətində Abşeron rayon məktəblərində bir neçə dəfə məcburi qaydada məktəbli formasının satışının təşkil edildiyi bildirilib. Qeyd olunan məsələ ilə əlaqədar araşdırma aparıldıqdan sonra Təhsil Nazirliyində müzakirə keçirilib və Abşeron Rayon Təhsil Şöbəsinin müdirinə yaranmış problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
"Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsanı olanlar tənbeh edilib, onlara irad bildirilib və töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub. Belə ki, Xətai rayonundakı 257 saylı məktəbin riyaziyyat müəlliminə dərs zamanı pedaqoji prinsipləri pozduğuna, müəllim-şagird münasibətində ifrata vardığına və şagirdlərlə kobud davranışına görə axırıncı xəbərdarlıqla şiddətli töhmət verilib. Abşeron rayonu Xırdalan şəhərindəki 1 saylı orta məktəbin müəllimi isə məktəbli formasının satışında təlimata zidd olaraq iştirakına görə işdən azad edilib.


Melumat bazasi:www.edu.gov.az
Просмотров: 710 | Добавил: MeOr4782 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1  
Sizə bizim məktəbdə baş verən hadisələr haqqda yazıram. Məktəbin pensioner direktoru Şükürova X.A., direktor müavini Bağırov Azər , təsərrüfat müdiri Cəfərova Nəcibə bu günədək məktəbin müəllimlərin və texniki işçilərinin başlarına gətirmədikləri oyunlar qalmayıb məktəbə Sizin icazəniz olmadan müəllimlər götürülür 8000 manata , pensioner müəllimlərdən işdə qalmaları üçün rüşvət alınır , təsərrüfat müdiri Cəfərova Nəcibə təhsili -uçiliş diplomu ilə işləyir və məktəbin şkaflarını məktəbin müəllimlərinə birini 10-15 manata (kabinetlərdə qoymaq üçün )satır skladda olan təzə malların hamısını demək olar ki satıb yoxlasanız buna əmin olacaqsınız ,təmir işləri görülmür (pulu direktorun ,Azər Bağırov və Cəfərova Nəcibənin ciblərinə gedir). Məktəbə götürülən uşaqlar 200 manat pul götürülür pullar Məlahət xanıma çatır . Uşaqların heç birinin diaqnozu düzgün deyil arayışlar pulla alınır həkimlər komissiyası yoxlasa bunada əmin ola biləcəksiniz . təsərrüfat müdiri Cəfərova Nəcibənin bacısı İsmaylova İlhamə və gəlini Quliyeva Xanım adları məktəbdə gedir lakin onların heç biri işə gəlmir (mertvıy duşlardı) pullarını Nəcibə alıb cibinə qoyur, mertvıy duşun biridə Quliyeva Arzu başqa yerdə işlədiyi halda məktəbdən pulunu Nəcibə alır. Əgər məktəbin işçi lərini bir bir yoxlasanız bunların bu məlumatların düzgün olmasına əmin ola bilərsiniz. Məktəbin mətbəxinə gələn malların hamısı vaxtı keçmiş mallardı buda gələcəyimiz olan uşaqlarımızın həyatlarını təhlükəyə atmaq deməkdir. Məktəbdə heç bir təmir işləri görülmür və heçnə alınmır. Xahiş edirik ölçü götürəsiniz . Siz məktəbə gələn günü Mən Sizə yahınlaşacam.Xahiş edirəm adımı məhvi saxlayasınız.

Hörmətlə məktəbin müəllimlərinin adından Zemfira Allahverdiyeva

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]