Şəmbə, 20.04.2024, 10:00
Главная Регистрация RSS
Приветствую Вас, Qonaq
Giris
Menü
Sorgu
Ən çox xoşladığınız fənn hansıdır?
Всего ответов: 264
Statistika

Cəmi 1
Qonaqlar 1
İstifadəcilər 0
Axtar
Kalendar
«  Dekabr 2010  »
B.eÇ.aÇC.aCŞB
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Arxiv
Главная » 2010 » Dekabr » 12 » Tehsil Nazirliyimiz haqqinda
10:52
Tehsil Nazirliyimiz haqqinda
Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə xalq maarifi və təhsili üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb, Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Nazirlər Şurasının 28 aprel 1920-ci il tarixli 1 nömrəli dekreti ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildən müstəqil nazirliyə çevrilib) yaradılıb, respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri onun tabeliyinə verilib. Bu qurum 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək təhsillə bağlı Azərbaycanda 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə Misir Mərdanov Azərbaycan Respublikasının təhsil naziri təyin olunub.

 

MELUMAT BAZASI:www.EDU.gov.az


Просмотров: 1433 | Добавил: MeOr4782 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]