Cümə axşamı, 28.03.2024, 19:40
Главная Регистрация RSS
Приветствую Вас, Qonaq
Giris
Menü
Sorgu
Ən çox xoşladığınız fənn hansıdır?
Всего ответов: 264
Statistika

Cəmi 1
Qonaqlar 1
İstifadəcilər 0
Axtar
Kalendar
«  Dekabr 2010  »
B.eÇ.aÇC.aCŞB
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Arxiv
Главная » 2010 » Dekabr » 12 » Derslik siyaset
10:56
Derslik siyaset

Ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin hazırlanması məsələsi hər zaman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu öndər bu sahədə aparılan işlərlə müntəzəm maraqlanıb, daim Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi dərsliklərinin təhsil sistemində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.
Dərsliklərin nəşri və çapı işləri Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2004-cü il tarixli, 56S nömrəli Sərəncamına uyğun olaraq dövlət ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təmin olunması işini tənzimləmək məqsədilə hazırlanan «Dərsliklərin nəşri, çapı və paylanması qaydaları» 08 dekabr 2004-cü il tarixli, 3103 nömrəli Şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli, 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı»na uyğun olaraq 2003-2005-ci illər ərzində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı yerinə yetirilib.
2005-ci ildə Təhsil Nazirliyində qeyri-dövlət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla «Ümumi təhsil sistemində dərslik siyasəti» sənədi hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra 23.01.2006-cı il tarixli, 33 nömrəli əmrlə təsdiq edilib.
1999-cu ildən 2007-ci ilə kimi ümumtəhsil məktəblərinin I-IV sinif proqramları, V-XI siniflər üçün «Azərbaycan dili», «Ədəbiyyat», «Riyaziyyat», xarici dil, «Azərbaycan tarixi», «Rus dili», «Fizika» (VII-XI s.), «Kimya» (VIII-XI s.) , «Coğrafiya» (VI-XI s.), «Ümumi tarix» (VI-XI s.), «İnsan və cəmiyyət» (VIII-XI s.), «Biologiya» (VI-XI s.) və s. proqramlar hazırlanıb, təkmilləşdirilib və çap olunaraq ümumtəhsil məktəblərinin istifadəsinə verilib. 2005-ci ildə bazis tədris planı əsasında işlənilən yeni proqramlar V-XI siniflər üzrə seçmə fənlər də nəzərə alınmaqla müvafiq olaraq «A» və «B» variantlarında hazırlanıb ki, bu da müəllimlərin işini xeyli asanlaşdırıb. Təlim gürcü dilində olan məktəblərin ibtidai sinifləri üçün gürcü dili proqramı həmin məktəblərin yerləşdiyi Qax, Zaqatala və Balakən rayonlarının müəllimləri tərəfindən işlənilib və təsdiq edilərək istifadəyə verilib. Milli azlıqların cəm halda yaşadıqları regionlarda fəaliyyət göstərən məktəblərin I-IV sinifləri üçün ana dili (doğma dil) proqramları yenidən işlənərək çap olunub. Həmin proqramlar əsasında dərsliklər hazırlanıb.
Ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən 1994-cü ildən etibarən Gürcüstanın təlim Azərbaycan dilində olan məktəbləri I-XI sinif dərslikləri və dərs ləvazimatları ilə pulsuz təmin olunur. Bu iş möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən davam etdirilir.
2004-cü ildə Gürcüstana humanitar yardım kimi göndərilmiş 61707 nüsxə dərsliyin 6000 ədədini Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva hədiyyə edib. Dağıstanın Azərbaycan məktəblərinə də «Əlifba», «Azərbaycan dili», «Oxu» və «Ədəbiyyat» dərslikləri humanitar yardım kimi göndərilib. Gürcüstan hökuməti də respublikamızın Qax, Zaqatala və Balakən rayonlarındakı təlim gürcü dilində olan məktəblərin dərslik və dərs ləvazimatları ilə təminatına mütəmadi olaraq yardım göstərir. Bundan başqa, Heydər Əliyev Fondu həmin məktəblərin I-III siniflərinə gürcü dilində «Əlifba», «Riyaziyyat», «Həyat bilgisi» dərsliklərini və dərs vəsaitlərini hədiyyə edib.
Məktəb kitabxanaları fondunun zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. 2006-cı ildə Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilən Təhsil Sektorunun İnkişaf Layihəsi çərçivəsində «Ayna» Uşaq Ensiklopediyası seriyasından 18 adda 846000 nüsxə sinifdənxaric oxu materialı çap olunub və ümumtəhsil məktəb kitabxanalarına pulsuz verilib. Bundan əlavə, 19 adda 351595 ədəd coğrafi xəritə də çap edilərək məktəblərə çatdırılıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında» 20 aprel 2007-ci il tarixli Sərəncamına əsasən məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya texnologiyaları ilə təchizatına diqqət artırılıb. «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) həyata keçirilməsi ilə əlaqədar bəzi məsələlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyul 2005-ci il tarixli, 128 nömrəli qərarının icrasını təmin etmək məqsədilə ümumtəhsil məktəbləri üçün fənn proqramlarına uyğun olaraq Nazirliyin birbaşa sifarişi əsasında elektron tədris vəsaitləri hazırlanıb. Həmin vəsaitlər geniş müzakirələrdən sonra təsdiq olunub. «Azərbaycan tarixi» (Qədim və orta əsrlər dövrü), «Kimya» (Qeyri-üzvi kimya), «Biologiya» (Botanika və Zoologiya) və Fizika» (mexanika və molekulyar fizika) fənləri üzrə multimedia sisteminə dair disklər, metodik vəsaitlər və plakatlar hazırlanıb. Bu işin davamı kimi «Azərbaycan tarixi» (yeni və müasir dövr), «Biologiya» («İnsan» və «Ümumi biologiya»), «Kimya (üzvi və ümumi kimya) və «Fizika» (elektrodinamika, optika və atom fizikası) fənləri üzrə disklər, metodik vəsaitlər və plakatlar da hazırlanıb.
Təhsilin məzmununda aparılan islahatlar və dünya təcrübəsi göstərir ki, dərsliklər yeni, daha səmərəli məzmun və forma tələb edir. Məhz bu istiqamətdə yeni fənn kurikulumları təsdiq edilib və yeni fənn kurrikulumları əsasında hazırlanmış dərslik komplektlərinin tətbiqinə başlanılıb. Müvafiq dərslik komplektləri nəşriyyatların seçdiyi müəllif qrupları ilə birlikdə hazırlanıb və tender komissiyasına təqdim olunub. Dərslik komplektlərinin qiymətləndirlməsi 2 mərhələdə aparılıb və nəticələr Təhsil Nazirliyinin təsdiq etdiyi "Dərslikləri Qiymətləndirmə Meyarları” əsasında bal sistemi ilə dəyərləndirilib.
Ümumtəhsil məktəblərində təlimi daha müasir texnologiyalarla təmin etmək və onun səmərəli təşkilinə kömək məqsədilə 2008-ci ildə 15 fənn üzrə 140 adda 1400000 tədris plakatı çap olunub, müvafiq bölgü əsasında təhsil müəssisələrinə paylanılıb.
Bu gün də məktəblərin təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə-proqram, kurikulum, dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla fasiləsiz və ahəngdar təminatı ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir.
MELUMAT BAZASI:www.EDU.gov.az

Просмотров: 984 | Добавил: MeOr4782 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]